Menu

Reservasİya

BANKET ZALI

Füsünkar restoranlarımızda təklif olunan, özündə şərqlə qərbin nəfis dadlarını ahəngləndirən təamlarımızdan dadaraq, əvəzolunmaz hisslər yaşayın. Bakıdakı “Deluxe” Otelinin qonaqları heç vaxt Bakının digər restoranlarında nahar etmirlər. Əgər siz əylənmək və ya romantik şəraitdə şam etmək istəyirsnizsə, hətta yeməyə tələblə yanaşanları belə razı salan geniş seçim təklif edirik.

 

Harada və nə ilə qidalanacağınız sizi narahat etməsin. Otelin ərazisində yerləşən, müxtəlif milli və beynəlxalq yeməklər hazırlayan restoranlarımızın xidmətlərindən istifadə edə bilərsiniz. Qeyri-rəsmi, lakin lüks abu-hava və gözəl mənzərə şam yeməyinizi başdan-başa unudulmaz xatirəyə çevirəcək. Yüngül qəlyanaltı etmək istəyən qonaqlar üçün isə, lanç-bar fəaliyyət göstərir ki, xüsusi diqqətlə seçilmiş pivə, şərab və digər sərinləşdirici spirtli içkilər ləzzətli iştahaçıcılarla təqdim olunur.