SƏYAHƏTİNİZİ UNUDULMAZ
& RAHAT EDİN!
Deluks Otel & SPA klassik zəriflik və müasir rahatlıq axtaranlar üçün ən doğru seçimdir. Otel biznes və istirahət üçün qonaqların ehtiyaclarına uyğun hazırlanmış 36 zərif və rahat otaqlar təklif edir. Ödənişsiz yüksək sürətli internet, Fitnes Mərkəzi və Gözəl səhər yeməyi Sizi gözləyir.
700+
MƏMNUN QONAQ36
ZƏRİF OTAQ150+
YEMƏK NÖVÜ10+
ƏYLƏNCƏ
Deluks Otel & SPA xoş atmosferdə istirahət edə biləcəyiniz 5 ulduzlu oteldir!
Restoran & Bar
Füsünkar restoranlarımızda təklif olunan, özündə şərqlə qərbin nəfis dadlarını ahəngləndirən təamlarımızdan dadaraq, əvəzolunmaz hisslər yaşayın. Bakıdakı “Deluxe” Otelinin qonaqları heç vaxt Bakının digər restoranlarında nahar etmirlər. Əgər siz əylənmək və ya romantik şəraitdə şam etmək istəyirsnizsə, hətta yeməyə tələblə yanaşanları belə razı salan geniş seçim təklif edirik.
Harada və nə ilə qidalanacağınız sizi narahat etməsin. Otelin ərazisində yerləşən, müxtəlif milli və beynəlxalq yeməklər hazırlayan restoranlarımızın xidmətlərindən istifadə edə bilərsiniz. Qeyri-rəsmi, lakin lüks abu-hava və gözəl mənzərə şam yeməyinizi başdan-başa unudulmaz xatirəyə çevirəcək. Yüngül qəlyanaltı etmək istəyən qonaqlar üçün isə, lanç-bar fəaliyyət göstərir ki, xüsusi diqqətlə seçilmiş pivə, şərab və digər sərinləşdirici spirtli içkilər ləzzətli iştahaçıcılarla təqdim olunur.
KONFRANSLAR
Bölünəbilən və geniş olan bu konfrans otaqlarımız ehtiyaclarınıza uyğun rahat, eyni zamanda peşəkar parametrlərlə təmin olunub. Fərdi havalandırma və işıqlandırma sistemi, Audio-Video avadanlıq sistemi biznes görüşlərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Konfrans zalında iştirak edənlərin istəklərini dəqiq və peşəkar şəkildə yerinə yetirmək məqsədi ilə, arxa girişlərdən istifadə edərək sakit və narahatlıq vermədən otaqlara xidmət göstərmək mümkündür. Konfrans otaqların bölünə bilməsi otaqların xidmətlərinə əlavə olunur.
Konfrans Otağının imkanları:
- Flip chart & Kürsü
- Qələm və qeyd kitabçaları
- İnternet - WIFI
- Lövhə və markerlər
- Su
- Simsiz mikrofonlar (Qiymətə əlavə olunur)
- Proyektor və Monitor (Qiymətə əlavə olunur)
- DVD player (Qiymətə əlavə olunur)
- LCD proyektor (Qiymətə əlavə olunur)
- Laptop (Qiymətə əlavə olunur)
FİTNESS MƏRKƏZİ & SPA
Deluxe Hotel & SPA, şəhərin səs-küyündən qaçmaq istəyənlərə, sakitlik və sükunətə ehtiyacı olanlara, bədənin və ruhun dincəlməsini arzulayanlara Fitness Mərkəzi & SPA xidmətini təqdim edir. Burada qonaqlarımız istirahət edir, hər şeydən uzaqlaşır və peşəkar personalımızın xidmətlərindən həzz alır.
Müassir fitness avadanlıqları və mükəmməl havalandırma sistemi ilə təchiz olunmuş Fitness Mərkəzmizdə vitamin bar və peşəkar personalımız xidmətinizdədir.
ÜMUMİ ŞƏRTLƏR
Bufet səhər yeməyi, İnternet, Fitnes Mərkəzi, Hovuz, Sauna daxil edilir.
18% faiz ƏDV daxildir.
Əlavə çarpayı üçün əlavə ödəmə qəbul edilir.
Giriş saatı: 14:00 (yerli vaxtla) / Çıxış saatı: 12:00 (yerli vaxtla).
Erkən giriş və gec çıxış üçün əlavə ödəmə qəbul edilir.
Aparıcı kredit kartları ödəniş üçün qəbul edilir.
QƏBUL EDİRİK